Hogendoorn operatoru

Şəhər

Bakı - Kürdəxanı ərazisi

Yaş

20+

Təhsil

Orta

İş təcrübəsi

2 il


İŞİN TƏSVİRİ

Funksiyalar:

  • Bitkilərin qidalanma prosesini Hogendoorn istixana proqramı vasitəsi ilə tənzimləməlidir;
  • Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etməlidir;
  • İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etməlidir;
  • İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etməlidir;
  • Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etməlidir;
  • Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etməlidir;
  • Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etməlidir;
  • Təcili və fövqəladə hallar siqnallarının qəbul edilməsi və verilməsini təmin etməlidir;
  • Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir;
  • Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etməlidir;
  • Baş verən bütün prosseslərə dair Baş aqronoma məlumat verməlidir;
  • Sulama və İqlimləndirmə sistemlərinə nəzarət;
  • Aqronomun tapşırıqlarının yerinə yetirilməsi;
  • Aqronomun göstərişi ilə gübrələmə və gübrə sərfiyyatının tənzimləndirilməsi;
  • Günlük drenaj, drip ölçülərinin qeyd edilməsi və izlənilməsi;

 

İş saatı : Həftəlik 40 saat olmaqla

Əmək haqqı: 700-800 azn

TƏLƏBLƏR

Zəruri şərtlər:

  • Təhsili: Orta, Ali
  • Hogendoor iqlimləndirmə və sulama sistemini bilən namizədlərə üstünlük veriləcək
  • Kompüter biliyi: MS Office proqramları

Şəxsi keyfiyyətlər

  • Fərdi və ya qrup (komanda) halında işləmək bacarığı;
  • Vaxtın idarə edilməsi;
  • Gərgin şəraitdə işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Yaradıcı və analitik təhliletmə bacarığı;
  • Məntiqli və sistemli düşünmək bacarığı;
  • Məxfilik və gizlilik prinsiplərini gözləmək bacarığı;

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi e-mail adresinə başlıq yerinə “Hogendoorn operatoru (Kürdəxanı)” qeyd edərək göndərin.